AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ”ı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə 2:2 hesablı heç-heçə etməsi münasibətilə təbrik edib.
Paralel.az xəbər verir ki o, bu haqda öz sosial şəbəkə hesablarında Rövşən Nəcəf bu uğurla bağlı paylaşım edib.
R.Nəcəf yazıb:
“Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubu ilə oyunda növbəti tarixi nailiyyətə imza atdı. “Qarabağ” komandasını və azarkeşlərimizi ürəkdən təbrik edir, yeni qələbələr arzulayıram”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta