Azərbaycanı basketbol üzrə FIBA Avropa Kubokunda təmsil edən “Abşeron Lions” bu gün sözügedən turnirdə növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, paytaxt klubu Estoniyanın “Kalev” kollektivi ilə üz-üzə gəlib.
Sözügedən komandaların görüşü Estoniyanın paytaxtı Tallin şəhərində baş tutub. “Uniber Arena”da keçirilmiş oyun Azərbaycan klubunun üstünlüyü şəraitində keçib. Bakılılar yekunda 101:71 (33:15, 23:19, 21:16, 28:17) hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, bu, “Abşeron Lions”un sözügedən turnirdəki ilk qələbəsidir. Təmsilçimiz bu qələbə sayəsində xalını 5-ə çatdıraraq turnir cədvəlində “Kalev”i qabaqlayıb və 3-cü sıraya yüksəlib.
Xatırladaq ki, I qrupunun digər matçında bu gün “Neftçi” Polşanın “Trefl” kollektivinə qalib gəlib – 92:87.
Hazırda “Trefl” 7 xalla liderdir. Eyni xala malik “Neftçi” isə 3-cü sırada qərarlaşıb.

