AZ

Boçorişvili: Aİ qapılarını açanda Gürcüstan üzvlüyə ən hazırlıqlı namizəd ölkə olacaq

Avropa İttifaqı yeni dövlətlər üçün qapılarını açanda namizəd ölkələr arasında Gürcüstan ən hazırlıqlısı olacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili jurnalistlərə açıqlamasında deyib.

"Gürcüstanın əldə etdiyi irəliləyişləri nəzərə alsaq, müsbət gözləntilərimiz üçün əsas var", - nazir qeyd edib.

O, 2030-cu ilədək Avropa İttifaqının genişlənmə siyasətinin yenilənəcəyinə və qapılarını yeni dövlətlər üçün açacağına ümidvar olduğunu bildirib.

“Hətta bu gün Gürcüstan üzvlüyə daha hazırlıqlı dövlətdir. Növbəti beş ildə Gürcüstan daha da irəliləyəcək və daha yaxşı hazırlaşacaq, Avropa İttifaqının standartlarına daha da uyğun gələcək və inkişaf etmiş ölkələrlə yanaşı onun çətiri altında əminliklə dayana biləcək”, - nazir əlavə edib.

Seçilən
88
1
apa.az

2Mənbələr