AZ

Xaçmazın mərkəzində Qara kərkəs aşkarlandı

Xaçmaz şəhəri ərazisində şam ağacında aşkarlanan Qara kərkəs xilas edilərək, aidiyyəti üzrə təhvil verilib.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində sakinlər avtomobillərin intensiv hərəkət etdiyi yolun kənarındakı şam ağacında böyük qanadlı quş olduğunu müşahidə ediblər.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumuna və Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat verilib.

Əraziyə FHN-in xilasediciləri və ekoloqlar cəlb olunublar. Polis əməkdaşları tərəfindən yolda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Seçilən
39
4
publika.az

5Mənbələr