AZ

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı Foto

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə “Sevan gölü” adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb.

Axar.az xəbər verir ki, bu sözlərlə tarixçi alim Zaur Əliyev Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışını bir daha təsdiqləyib.

O bildirib ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışından sonra ermənilər saxta xəritələri sosial mediada paylaşmağa başlayıb ki, guya qədim xəritələrdə “Sevan” adı yazılıb:

“İndi onlara cavab olaraq elə Ermənistan SSR və SSRİ tərəfindən gölün Göyçə adlanmasına dair tədqiqatlarını təqdim edirəm.

1. Sevan (Göyçə) Gölü Hövzəsi. 3 cilddə

Redaktor(lar): Levinson-Lessing, F.Yu.

SSRİ Elmlər Akademiyasının Nəşriyyatı, Leninqrad, 1931, 264 səhifə;

2. Göyçə gölü. Gölün coğrafi təsviri. 1-ci hissə. Fiziki coğrafiya

Müəllif(lər): E.S. Markov

M.A.Aleksandrov mətbəəsi, Sankt-Peterburq, 1911, 250 səhifə;

3. SSRİ Neft Sənayesi Xalq Komissarlığının Ümumittifaq Geoloji Kəşfiyyat Birliyinin materialları. 219-cu buraxılış. Göyçə (Sevan) gölü hövzəsi (Geoloji esse)

Müəllif(lər): K.N. Paffenholz

Dövlət Elmi, Texniki, Mədən, Geoloji və Neft Nəşriyyatı, Leninqrad-Moskva-Novosibirsk, 1934, 117 səhifə”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
2
axar.az

3Mənbələr