AZ

ABŞ-da neft ehtiyatları bir həftə ərzində 5,2 milyon barel artıb

ABŞ-da kommersiya neft ehtiyatı bir həftə ərzində 5,2 milyon barel artıb.

APA xəbər verir ki, bu barədə ABŞ Enerji Nazirliyi məlumat yayıb.

2025-ci il oktyabrın 31-nə olan məlumata görə neft ehtiyatı 421,2 milyon barel təşkil edib.

Nazirliyin açıqlamasında qeyd olunur ki, hazırkı neft ehtiyatının həcmi ilin bu dövrü üçün son beş ilin orta göstəricisindən 4% aşağıdır.

Seçilən
15
5
apa.az

6Mənbələr