AZ

Tyerri Anri Vinisius Junioru tənqid edib

“Arsenal” və “Barselona”nın sabiq hücumçusu Tyerri Anri UEFA Çempionlar Liqasında baş tutan “Liverpul” – “Real Madrid” oyunundakı çıxışına görə Vinisius Junioru tənqid edib.

90deqiqe.Az-ın məlumatına görə, Anri bu barədə "Liverpool.com" saytına açıqlamasında bildirib.

“Başa düşmürəm, o niyə “Liverpul”un cinah müdafiəçisinə təzyiq etmirdi. Mövcud vəziyyətə uyğun oynamalısan. Vinisius ilk beş–yeddi dəqiqə ərzində Konor Bredliyə qarşı pressinq etdi, amma sonra onu tamamilə azad buraxdı. Niyə? Nəyə görə ona sərbəstlik verirsən? Onu sıxışdır, sarı vərəqə alanadək təzyiq et, onda müdafiədəki effektivliyi azalacaq. Amma Vinisius bunu etmədi”

Xatırladaq ki, matçda “Liverpul” 1:0 hesabı ilə qələbə qazanıb.

Seçilən
57
90deqiqe.az

1Mənbələr