AZ

Azərbaycan və İslam İnkişaf Bankı arasında qlobal maliyyə sistemində inklüziv yanaşmaları müzakirə edilib (FOTO)

Azərbaycan və İslam İnkişaf Bankı (IsDB) qlobal maliyyə sistemində inklüziv yanaşmaları müzakirə ediblər.

Olaylar xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Ərəb Koordinasiya Qrupunun Yüksək Səviyyəli Dəyirmi Masası çərçivəsində İslam İnkişaf Bankının sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşmək xoş oldu. Ölkəmizlə əməkdaşlığın prioritet istiqamətləri, qlobal maliyyə sistemində inklüziv yanaşmalar və IsDB Qrupunun illik toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı gündəlikdə olan məsələlər barədə müzakirələr apardıq", - nazir qeyd edib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
 
Azərbaycan

Azərbaycan

Azərbaycan

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
3
olaylar.az

4Mənbələr