AZ

Şahbaz Şərif: Bakıda Zəfər Günü ilə bağlı tədbirlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm...

"2025-ci il noyabrın 8-də Bakıda Zəfər Günü ilə bağlı tədbirlərdə Sizinlə birlikdə iştirak etməyi səbirsizliklə gözləyirəm".

Poliqon xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda yazıb.

"Əminəm ki, səfərim xüsusilə də 2025-ci il iyulun 4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə görüşü zamanı əldə olunan mühüm razılıq çərçivəsində qarşılıqlı faydalı gündəliyimizi inkişaf etdirmək üçün gözəl fürsət yaradacaqdır", deyə Pakistan lideri bildirib.

Poliqon.info

Seçilən
35
11
poliqon.info

10Mənbələr