AZ

Ərdən gizlin abort və hamiləlik əleyhinə HƏBLƏR – Hüquqi məsuliyyət YARADACAQ?

Qadının bətni ilə əlaqədar qərar vermə hüququ əslində heç vaxt özünə aid olmayıb. Çünki bu məsələnin həm etik, həm də sosial tərəfləri var. Xüsusilə də qadın ərindən gizli şəkildə hamiləliyi dayandırdıqda, bu addım təkcə şəxsi seçim olmur, bir ailənin sonuna və hüquqi məsuliyyətə gətirib çıxara bilər.

Avropada  qadının hətta ərindən gizli olaraq hamiləlik əleyhinə həblər istifadəsi belə birbaşa boşanmaya səbəb olan amildir və məhkəmə kişinin xeyrinə qərar verəcək.
 

Hansı humanist qənaətdir: qadının neçə uşaq sahibi olmasına özünün qərar verməsi, yoxsa sağlam doğula biləcək dölün yaşama haqqının əlindən alınması və bundan atanın xəbərsiz olması?


Azərbaycanda abort qanunla icazəlidir, lakin “gizli abort” anlayışı həm mənəvi, həm də hüquqi baxımdan çox suallar doğurur: qadının məxfilik və rahatlıq hüququ ailə öhdəliklərindən üstün tutula bilərmi? Bu cür vəziyyətdə kimin hüquqları pozulmuş sayılır?

Məsələ ilə bağlı hüquqşünas Cavid Yolçuyev Bizim.Media-ya bildiriB ki, Azərbaycan qanunvericiliyində abortun icrası ilə bağlı qaydalar müəyyən olunsa da, gizli abortun ailə münasibətlərinə, boşanma hüququna təsiri tam hüquqi dəyərləndirmə tələb edir:
 

“Azərbaycanda abort hüquqi olaraq mümkündür. İlk 12 həftəyə qədər qadının öz razılığı ilə abort haqqı var. Sonrakı həftələrdə isə yalnız tibbi göstəriş olduqda abort mümkündür. Əgər abort xəstəxanadan kənar yerdə, lisenziyası olmayan şəxslər tərəfindən həyata keçirilirsə, cinayət məsuliyyəti doğurur. 


Amma qadının ərindən gizli olaraq hamiləlik əleyhinə həblər istifadəsi və ya gizli abort etdirməsi qanunda müəyyən olunmayıb. Yəni qadının bu seçimi “boşanma üçün əsas” kimi nəzərdə tutulmayıb. Bu, yalnız ərin şikayəti əsasında mülki qaydalar çərçivəsində baxıla bilər”.

Şəfiqə Şəfa, Bizim.Media

Seçilən
23
2
bizim.media

3Mənbələr