AZ

Polşa Prezidenti Slovakiyaya ABŞ qazını öz infrastrukturu vasitəsilə almağı təklif edib- ÖZƏL

Polşa Prezidenti Karol Navroçki Slovakiyaya ABŞ-dan qaz tədarükünü Polşa üzərindən həyata keçirməyi təklif edib. Olaylar.az xəbər verir ki, o, bu barədə Bratislavada slovakiyalı həmkarı Peter Pelleqrini ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Navroçkinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampla son görüşlərindən sonra Polşanın qısa müddətdə ABŞ qazının Avropaya, o cümlədən Slovakiyaya çatdırılması üçün real enerji habına çevrilməsi mümkündür. Polşa bu məqsədlə zəruri infrastrukturun mövcud olduğunu vurğulayıb.
Slovakiya Prezidenti isə bildirib ki, ölkə yaxın perspektivdə Rusiya nefti və qazından tam imtina edə bilməz.
Qeyd edək ki, Avropa İttifaqı Şurası 20 oktyabrda 2028-ci il yanvarın 1-dən etibarən Rusiya qazının həm boru kəməri, həm də LNG formasında  mərhələli şəkildə alınmasına qadağa qoyulması barədə qərar qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr