Navroçkinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampla son görüşlərindən sonra Polşanın qısa müddətdə ABŞ qazının Avropaya, o cümlədən Slovakiyaya çatdırılması üçün real enerji habına çevrilməsi mümkündür. Polşa bu məqsədlə zəruri infrastrukturun mövcud olduğunu vurğulayıb.
Slovakiya Prezidenti isə bildirib ki, ölkə yaxın perspektivdə Rusiya nefti və qazından tam imtina edə bilməz.
Qeyd edək ki, Avropa İttifaqı Şurası 20 oktyabrda 2028-ci il yanvarın 1-dən etibarən Rusiya qazının həm boru kəməri, həm də LNG formasında mərhələli şəkildə alınmasına qadağa qoyulması barədə qərar qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31