AZ

Nazir: 2026 cı ildə 450 minə yaxın şəxsin aktiv məşğulluğa cəlb olunacağı nəzərdə tutulur

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Büdcə layihəsinə əsasən İşsizlikdən Sığorta Fondunun 2026-cı il üzrə gəlirləri 238,3 milyon manat həcmində nəzərdə tutulur ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricisindən 31,9 milyon manat, yaxud 15,5% çoxdur.Ölkə.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin  Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.Nazir bildirib ki, İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 236,6 milyon manatı, yaxud 99,3%-i işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2025-ci ilin təsdiq edilmiş müvafiq göstəricisindən 30,3 milyon manat və ya 15% çoxdur: “Proqnozlaşdırılan xərclərinin 77 milyon manatı özünüməşğulluq proqramının təşkilinə, 26 milyon manatı peşə hazırlığı və əlavə təhsilin təşkilinə, 28 milyon manatı işsizliyə görə sığorta ödənişlərinə, 1,5 milyon manatı peşəyönümü məsləhət xidmətlərinin göstərilməsinə, 3,7 milyon manatı haqqı ödənilən ictimai işlərin təşkilinə, 1 milyon manatı peşə standartlarının hazırlanmasına, 6 milyon manatı sosial iş yerlərində əməkaqqının bir hissəsinin maliyyələşdirilməsinə, 2 milyon manatı sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə və 1 milyon manatı digər aktiv məşğulluq tədbirlərinə yönəldiləcəkdir.

Ümumilikdə 2026-cı ildə İSF vəsaiti hesabına 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
4
olke.az

5Mənbələr