AZ

Ekspert AzTV sədrinin helikopter almasından danışdı:

“AzTV sədrini helikopter almaq istədiyinə görə tənqid etmək, yoxsa təqdir etmək lazımdır? Son günlər AzTV sədri Rövşən Məmmədovun “helikopter almaq istəyi” və yaradıcı işçilərə verdiyi qonorarlara görə tənqidlər gündəmdədir. Amma məsələ bir qədər fərqli görünür”.

“Yeni Sabah” xəbər verir ki, bunu İnternet Forumunun prezidenti Osman Gündüz sosial media hesabında yazıb.

O bildirib ki, dünyada əksər TV kanallar çəkiliş üçün helikopterlərdən istifadə edir: Pepperoni pizza

“Düşünürəm ki, əslində AzTV-ni, eləcə də İTV və digər televiziya kanallarını belə bir təşəbbüsə görə təqdir etmək daha doğru olardı. Əgər məqsəd televiziyanın çəkiliş və texnoloji imkanlarını genişləndirmək, ucqar və çətin ərazilərdən - xüsusilə regionlardan və Qarabağdan - operativ görüntülər əldə etməkdirsə, bu, normal və hətta zəruri texniki qərardır. Dünyanın əksər güclü TV kanalları hava çəkilişləri üçün, operativlik üçün  helikopterlərdən istifadə edir”0. 

Osman Gündüz vurğulayıb ki, tənqid olunmalı əsas məqam helikopterin alınması deyil:

“Regionda, dünyada informasiya savaşının getdiyi bir zamanda TV-lərin rəqabətə davamlılğı üçün innovasiyalar və texnologiyalar, dron və helikopter kimi vasitələr mühüm əhəmiyyət kəsb edir. Dronun da, helikopterin də və çəkiliş üçün nəzərdə tutulmuş “AzTV avtobusu”nun da öz funksionallığı var. Söhbət dronla toy çəkməkdən deyil, operativ xəbər istehsalından gedir. Bəlkə də tənqid olunmalı olan helikopterin alınması deyil, bu cür təşəbbüslərin ictimaiyyətə düzgün izah edilməməsidir. Fikrimcə, AzTV rəhbərliyi məsələni şəffaf və əsaslandırılmış şəkildə təqdim etsəydi, “helikopter” mübahisəsi bu qədər böyüməzdi”.

Qeyd edək ki, Hesablama Palatası AzTV-də aparılan auditin nəticələrini açıqlayıb. Televiziyada əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərə əmək funksiyalarının icrası ilə bağlı əməkhaqqı formasında ödənilməli vəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə (ümumilikdə, 26,0 mln. manat, o cümlədən 2023-cü ildə 11,3 mln. manat, 2024-cü ildə 11,6 mln. manat, 2025-ci ilin 1-ci rübündə 3,1 mln. manat) yol verildiyi üzə çıxıb. Bu, əmək münasibətlərinin mülki-hüquq münasibətləri kimi yanlış təsnif edilərək Əmək Məcəlləsi və Vergi Məcəlləsinin şərtləri ilə uyğunsuzluqlara səbəb olub, nəticə etibarilə məcburi sosial ayırmaların tam həcmdə tutulmaması işçilərin sosial təminat hüquqlarının məhdudlaşdırılması ilə səciyyələnib.

Mətbuat yazır ki, palatanın dövlət televiziyasında audit keçirməsi müxtəlif səbəblərlə bağlıdır. Bunlardan biri də Rövşən Məmmədovun AzTV üçün vertolyot almaq istəməsidir. 

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
47
9
yenisabah.az

10Mənbələr