BAKI, 5 noyabr. TELEQRAF
Rusiyadan Ermənistana taxıl tədarükü Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.
Teleqraf xəbər verir ki,bu barədə Cənubi Qafqaz Dəmir Yolu QSC-nin baş direktoru Aleksey Melnikov "Sputnik Ermənistan"a açıqlamasında bildirib.
O vurğulayıb ki, yaxın saatlarda Azərbaycan ərazisindən Gürcüstana, daha sonra isə Ermənistana 15 vaqon Rusiya taxılı çatacaq.
"Yaxın günlərdə Qazaxıstan taxılı da eyni marşrutla Ermənistana göndəriləcək",- o qeydedib.
Şirkət rəhbəri bu marşrutu praktiki olaraq yeni tarix adlandırıb və əlavə edib ki, artıq Çin istiqamətindən konteyner qatarlarının göndərilməsi imkanları da mövcuddur.