AZ

Rusiyada NATO ölkəsinin casusu saxlanılıb

Rusiyada

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskva sakinini “NATO ölkəsinin kəşfiyyat xidməti ilə əməkdaşlıq etmək” şübhəsi ilə saxlayıb.

Reyting.az
xəbər verir ki, saxlanılan şəxs NATO ölkəsinin kəşfiyyat xidməti ilə əməkdaşlıq etməkdə və Rusiya vətəndaşları haqqında məlumat ötürməkdə şübhəli bilinir.

Sözügedən məlumat yalnız “müxalifətçi” Rusiya vətəndaşları haqqında şəxsi məlumatların ötürülməsi ilə bağlıdır.

FSB aydınlaşdırıb ki, bu məlumat NATO ölkəsinin kəşfiyyat xidməti tərəfindən onları əməkdaşlığa daha da inandırmaq üçün lazımdır.

Şübhəli şəxs barəsində Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlərdə xarici dövlətə digər yardım göstərdiyinə görə (Cinayət Məcəlləsinin 275-ci maddəsi) cinayət işi açılıb. Bu maddəyə əsasən, onu ömürlük həbs cəzası gözləyir.

V. QULİYEV
Seçilən
37
1
reyting.az

2Mənbələr