AZ

Azərbaycanlı jurnalistlər Xivədə yerləşən “İçan-Qala” Dövlət Muzey-Qoruğunu ziyarət ediblər - FOTO

Azərbaycanlı media nümayəndələrinin Özbəkistana səfəri çərçivəsində jurnalistlər Xivə şəhərində yerləşən “İçan-Qala” Dövlət Muzey-Qoruğunu ziyarət ediblər.

APA-nın Xivəyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, ziyarət zamanı jurnalistlər Xivənin qədim memarlıq irsi, şəhərin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi və “İçan-Qala”nın tarixi abidələrinin qorunması istiqamətində görülən işlərlə tanış olublar.

Media nümayəndələrinə məlumat verilib ki, “İçan-Qala” Xivənin qədim mərkəzi hesab olunur və burada “Kuhna Ark” qalası, “Cuma” məscidi, “İslam Xoca” minarəsi, “Törexan” sarayı və digər mühüm tarixi obyektlər yerləşir.

Jurnalistlər həmçinin qoruq ərazisində fəaliyyət göstərən qonaq evlərinin işi, yerli sakinlərin turizm fəaliyyətinə cəlb olunması və mədəni irsin qorunması ilə bağlı təşəbbüslərlə tanış olublar.

Səfər “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi” çərçivəsində təşkil olunub.

Səfərin məqsədi Xivənin tarixi-mədəni potensialını yerində öyrənmək, regionun turizm sahəsindəki təcrübəsini Azərbaycan ictimaiyyətinə təqdim etmək və iki ölkə arasında mədəni əlaqələrin daha da gücləndirilməsinə töhfə verməkdir.

Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı
Seçilən
14
2
apa.az

3Mənbələr