İki Azərbaycan klubu - "Neftçi" və "Abşeron Lions" bu gün FIBA Avropa Kubokunda növbəti matçlarına çıxacaq.
Offsideplus.az xəbər verir ki, hər iki komanda I qrupunda mübarizə aparır.
"Ağ-qaralar" Bakıda Polşanın "Trefl" kollektivini qəbul edəcək.
Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Qrupun digər görüşündə "Abşeron Lions" Estoniyada "Kalev"in qonağı olacaq. Bu oyun isə saat 21:30-da başlayacaq.
Qeyd edək ki, 3 turdan sonra bütün görüşlərində qələbə qazanan "Trefl" 6 xalla birincidir. "Neftçi" 5 xalla 2-ci, "Kalev" 4 xalla 3, "Abşeron Lions" isə 3 xalla sonuncudur.