Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza noyabrın 4-də saat 18:00 radələrində Hacıqabul-Horadiz yolunun 8-ci kilometrliyində, Sabirabad rayonunun Dadaşbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb: “Belə ki, Boluyev Elnur Əsəd oğlunun idarə etdiyi 11-BK-530 dövlət qeydiyyat nişanlı “KamAZ” markalı, Əmrahlı Allahşükür Əmrah oğlunun idarə etdiyi 99-MR-024 dövlət nömrə
nişanlı “Hyundai” markalı və Kərimov İragül Zeynalovun idarə etdiyi 99-MS-270 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində
hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib, “Mercedes”in sürücüsü - Kazımov İragül xəsarət alıb”.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.