AZ

Həkim dünyanın ən sağlam pəhrizini açıqlayıb

Diyetoloq Natalya Mizinova NEWS.ru-ya açıqlamasında bildirib ki, balıq, dəniz məhsulları, tərəvəz və zeytun yağına əsaslanan Aralıq dənizi pəhrizi dünyanın ən sağlam qidalanma modeli sayılır.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu pəhriz uzunömürlülüklə birbaşa əlaqəlidir. “Aralıq dənizi tərzində qidalanan insanların daha uzun yaşamaq ehtimalı daha yüksəkdir”, – deyə Mizinova qeyd edib. O, dəniz məhsullarını mütəmadi şəkildə yeməyin ömrü uzatdığını vurğulayıb.

Lakin mütəxəssis bildirib ki, bu pəhriz hər kəs üçün uyğun deyil. O, bunun səbəbini genetik xüsusiyyətlər, yerli qidalanma ənənələri və mövsümi fərqlərlə izah edib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
40
e-saglam.az

1Mənbələr