AZ

U-19 millimiz Maltaya 20 futbolçu ilə yollanacaq - ARENA.AZ

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin Maltada keçiriləcək Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb.

Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda noyabrın 5-dən 8-nə qədər Bakıda təlim-məşq toplanışı keçəcək.

Seçmə mərhələdə 13-cü qrupda yer almış U-19 millimiz Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələ oyunları noyabrın 9-dan 19-na qədər davam edəcək. 13-cü qrupun oyunları Maltada təşkil olunacaq.

  1. Həbib Hüşənov – Qəbələ
  2. Ayxan Abbaszadə – Turan Tovuz
  3. Məhəmmədəli Məmmədov – Turan Tovuz
  4. Rəşad Alışov – Qarabağ
  5. Tuncay Əhmədov – Marset (İspaniya)
  6. Cavid Məlikov – Qarabağ
  7. Seydi Danzıyev – Sabah
  8. Vüsal Paşayev – Sumqayıt
  9. Nadir Orucov – Sumqayıt
  10. Ömər Həsənli – Zirə
  11. Eltun Babazadə – Qarabağ
  12. Ziya Şəkərxanov – Qəbələ
  13. Şahin İbrahimov – Sabah
  14. Əliəkbər Rzazadə – Qarabağ
  15. Rauf Qafarov – Zirə
  16. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
  17. Anar Hüseynov – Sabah
  18. Hikmət Cəbrayılzadə – Qarabağ
  19. Şahismayıl Cəfərov – Qarabağ
  20. Nihad Orucəli – Sumqayıt
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
15
25
arena.az

10Mənbələr