AZ

Məşğulluğun təmin olunması üçün 77 milyon manat ayrılacaq

Əhalinin özünüməşğulluğunun təmin olunması üçün 2026-cı ildə işsizlikdən sığorta fondundan 77 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.

FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində deputat Musa Quliyev deyib.

O bildirib ki, 2026-cı ildə Fondun hesabına 8 min nəfərin özünüməşğulluq proqramına qoşulması nəzərdə tutulur. (Apa)

Seçilən
6
3
fed.az

4Mənbələr