AZ

Məşğulluğun təmin olunması üçün 77 milyon manat ayrılması proqnozlaşdırılır

Əhalinin özünüməşğulluğunun təmin olunması üçün 2026-cı ildə İşsizlikdən sığorta fondunundan 77 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində deputat Musa Quliyev deyib.

O bildirib ki, 2026-cı ildə Fondun hesabına 8 min nəfərin özünüməşğulluq proqramına qoşulması nəzərdə tutulur.

Dünya Bankı ilə bağlanmış müqaviləyə görə, əlavə 7 min nəfər özünüməşğulluq proqramlarına cəlb ediləcək.

Seçilən
1
3
apa.az

4Mənbələr