AZ

Vaşinqton “NYT”ni təkzib edir

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

AzVision.az xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Riçard Qrenell “X” sosial şəbəkəsində belə paylaşım edib. - “NYT”-nin bu məqaləsi səhvlərlə doludur. Bu xəbər yox, rəy bölməsinə aid olan şərhdir”, - Qrenell yazıb. Daha əvvəl mənbələrə istinad edən “NYT” Ağ Evin Venesuelaya qarşı hərbi əməliyyatların üç variantını, o cümlədən “Maduronu tutmaq və ya öldürmək üçün” hava hücumları və xüsusi əməliyyat qüvvələrinin göndərilməsini nəzərdən keçirdiyini yazmışdı.

Tramp: “Maduro prezident kimi son günlərini yaşayır”

Qəzetin ehtimalına görə, Tramp administrasiyası Venesuela prezidentinin fiziki baxımdan aradan götürülməsinə üstünlük verərsə, Maduronun ilk növbədə “narko-terrorçu dəstənin başçısı” olduğunu iddia eməklə xarici liderlərin öldürülməsinə qoyulan qadağalardan yan keçməyə çalışacaq. Xatırladaq ki, sentyabr-oktyabr aylarında ABŞ ordusu Venesuela sahillərində narkotik vasitələr daşıdığı iddia olunan qayıqları məhv edib. Sentyabrın sonunda “NBC” telekanalı ABŞ ordusunun Venesuela daxilində narkotik tacirlərini hədəfə almaq variantları üzərində işlədiyini bildirmişdi. Bir neçə gün əvvəl isə ABŞ prezidenti Donald Tramp Maduronun Venesuela lideri kimi günlərinin sona çatmaq üzrə olduğunu deyib. Hərçənd, Amerika lideri Vaşinqtonun Karakasla müharibə etmək planının olmadığını söyləyib. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
1
azvision.az

2Mənbələr