AZ

Konstitusiya Məhkəməsinin heyəti Madrid Konqresində

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti “Gələcək nəsillərin insan hüquqları” mövzusunda keçirilmiş VI Konqresdə iştirak etmək üçün İspaniyanın Madrid şəhərində səfərdə olub.

Tədbirdən əvvəl Azərbaycan Konstitusiya Məhkəməsinin də daxil olduğu Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatının Bürosuna daxil olan bir sıra qrupların iclasları keçirilib.

Konqres çərçivəsində “Təbii ehtiyatların və ətraf mühitin qorunması”, “Bəşəriyyətin mədəni irsinin qorunması”, “Elmi biliklərə və yeni texnologiyalara əlçatanlıq”, “Konstitusiya məhkəmələrinin müstəqilliyi” adlı sessiyalar olub.

Sonra konqresdə səsləndirilən məruzələr üzrə müzakirələr və geniş fikir mübadiləsi aparılıb, yekun iclasda məruzəçilərin milli hesabatları dinlənilib və Madrid Kommünikesi qəbul edilib. Sənəddə sağlam ətraf mühitdə yaşamaq hüququnun mühüm insan hüquqlarından biri olduğu qeyd olunub.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra ölkələrin Konstitusiya məhkəmələrinin sədr və hakimləri ilə işgüzar görüşlər keçirib və hüquq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycan Konstitusiya Məhkəməsi 2009-cu ildən fəaliyyət göstərən Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatına 2011-ci ildən tamhüquqlu üzv seçilib.

XQ

Seçilən
14
11
xalqqazeti.az

10Mənbələr