AZ

Gələn il neçə min nəfər özünüməşğulluq proqramına cəlb olunacaq?

Bakı. Trend:

Əhalinin məşğulluğunun təmin edilməsində əsas aktiv məşğulluqtədbirlərindən olan özünüməşğulluq proqramı növbəti ildə də davametdiriləcək və İSF büdcəsinin xərclərinin 29%-i təşkil edəcək.

Trend xəbərverir ki, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri AnarƏliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq vəƏmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosialmüdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsininmüzakirəsi zamanı deyib.

Nazir bildirib ki, növbəti ildə İSF-nin vəsaiti hesabına 8 min,Dünya Bankı layihəsi çərçivəsində isə 7 min nəfər olmaqlaümumilikdə 15 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsinəzərdə tutulur.

“Bu çərçivədə vətəndaşlara təqdim edilən zərflərdə çeşidmüxtəlifliyinin artırılması məqsədilə yeni zərfin tətbiqinəbaşlanılacaq.

2026-cı ildə işsiz və işaxtaran şəxslərin peşə hazırlığı vəəlavə təhsil imkanlarının genişləndirilməsi məqsədilə 17 500-dəkmüdavimin bu prosesə cəlb olunması istiqamətində müvafiq işlərinhəyata keçirilməsi nəzərdə tutulur.

Təlim prosesinin Dövlət Məşğulluq Agentliyinin tabeliyindəfəaliyyət göstərən peşə hazırlığı mərkəzləri, eləcə də özəl tədrismüəssisələri tərəfindən reallaşdırılması planlaşdırılır”, - deyə ovurğulayıb.

Məqalədə:
Seçilən
24
7
az.trend.az

10Mənbələr