AZ

Anar Əliyev: Sosial yönümlü xərclərin büdcədə xüsusi çəkisinin 41,1 faiz olması nəzərdə tutulur

BAKI, 5 noyabr. TELEQRAF

Sosial yönümlü xərclərin dövlət büdcəsində xüsusi çəkisi 41,1 faiz olması nəzərdə tutulur. Son 7 ildə müafiq istiqamətdə ayrılan vəsaitin həcmi 2.2 dəfə artmışdır, yəni 7.8 milyarddan 16.9 milyarda çatıb.

Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında bildirib.

Bununla yanaşı, 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat həcmində olması proqnozlaşdırılır. Bu göstərici, 2025-ci ilin proqnoz edilən göstəricisindən 121,2 milyon manat və ya 2,6 faiz çoxdur. Son 7 ildə bu istiqamətdə ayrılan vəsaitin həcmi 2,1 dəfə, 2,3 milyard manatdan 4,8 milyard manata çatdırılmışdır.

Seçilən
32
1
teleqraf.com

2Mənbələr