AZ

Nazir: Sosial yönümlü xərclərin büdcədə xüsusi çəkisinin 41,1 faiz nəzərdə tutulur

BAKI, 5 noyabr. TELEQRAF

Sosial yönümlü xərclərin dövlət büdcəsində xüsusi çəkisi 41,1 faiz nəzərdə tutulur. Son 7 ildə müafiq istiqamətdə ayrılan vəsaitin həcmi 2.2 dəfə artıb, yəni 7.8 milyarddan 16.9 milyarda çatıb.

Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

Bununla yanaşı, 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat həcmində olması proqnozlaşdırılır. Bu göstərici, 2025-ci ilin proqnoz edilən göstəricisindən 121,2 milyon manat və ya 2,6 faiz çoxdur. Son 7 ildə bu istiqamətdə ayrılan vəsaitin həcmi 2,1 dəfə, 2,3 milyard manatdan 4,8 milyard manata çatdırılıb.

Seçilən
7
1
teleqraf.com

2Mənbələr