AZ

DSMF-nin gəlir və xərcləri açıqlandı

Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün gəlir və xərcləri açıqlanıb.

"Unikal" xəbər verir ki, DSMF-nin gələn il üçün büdcəsinin gəlirləri 8 milyard 323 milyon 100 min manat, xərcləri isə 8 milyard 483 milyon 70 min manat proqnozlaşdırılır.

Növbəti ildə əhaliyə ödənişlər 8196,45 mln. manat həcmində və ya Fondun ümumi xərclərinin 96,62 faizi səviyyəsində proqnozlaşdırılır.

Növbəti ildə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılmış məbləğin 7992,88 mln. manatı əmək pensiyalarının, 203,57 mln. manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsinə yönəldiləcək. Əhaliyə ödənişlərin 2026-cı il üçün nəzərdə tutulmuş proqnozu 2025-ci ilin təsdiqlənmiş proqnozuna nisbətən 787,51 mln. manat və ya 10,63 faiz çoxdur. 2026-cı il üzrə əmək pensiyalarının ödənilməsi xərcləri əhaliyə ödənişlərin 97,52 faizini təşkil edir.

Anar Kəlbiyev

Seçilən
49
50
unikal.az

10Mənbələr