AZ

Apple ilk büdcəli noutbuku təqdim etməyə hazırlaşır

Amerikanın "Apple" şirkəti "Mac" noutbukunun büdcəli versiyasını hazırlayaraq ilk dəfə ucuz noutbuklar bazarına girməyə hazırlaşır...

Poliqon-nun məlumatına görə, Bloomberg bu barədə məlumatlı həmsöhbətlərə istinadən məlumat yayıb.

Mənbələrə görə, tələbələr, biznes və adi istifadəçilər üçün yaradılan yeni cihaz əsasən internetdə gəzən, sənədlərlə işləyən və ya media fayllarının kiçik redaktəsini edən insanlar üçün nəzərdə tutulacaq.

Büdcəli noutbuk üzərində işləyən "Apple" ənənəvi noutbuka üstünlük verə biləcək potensial "iPad" alıcılarını da hədəfləyir. Hazırda J700 kod adlı layihə "Apple"da fəal şəkildə sınaqdan keçirilir və xarici təchizatçılarla istehsalın ilkin mərhələsindədir.

Həmsöhbətlərin sözlərinə görə, "Cupertino" şirkəti onu gələn ilin birinci yarısında satışa çıxarmağı planlaşdırır. "Apple" sözçüsü şərh verməkdən imtina edib.

Qeyd olunur ki, büdcəli noutbukun buraxılması ənənəvi olaraq əhəmiyyətli mənfəət marjasına malik premium cihazlara diqqət yetirən şirkət üçün strateji bir dəyişiklik olacaq. Şirkət əvvəllər aşağı səviyyəli cihaz təklifləri ilə bazar payının ardınca düşməyəcəyinə söz vermişdi.

Poliqon.info

Seçilən
76
4
poliqon.info

7Mənbələr