BAKI, 5 noyabr. TELEQRAF
“Bu festival əvvəlki festivallardan formatına görə fərqlənir və əsas məqsəd dinlərarası dialoqu təşviq etməkdir”.
Teleqraf xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Fərqliliyin rəngi” adlı festivalda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyalar və dini icmalar festivalda təmsil olunur. Sərgidə bu icmaların dini kitabları, geyimləri və digər atributları nümayiş etdirilir.