AZ

Azərbaycan millisinin heyəti açıqlandı

Avropa çempionatına hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən etibarən təlim-məşq toplanışına başlayır.

Fanat.Az xəbər verir ki, noyabrın 8-dək Bakıda hazırlıq keçəcək yığma ayın 9-dan 19-dək isə Maltada qitə çempionatının seçmə mərhələsində iştirak edəcək. 

13-cü qrupda yer alan U-19 millimiz Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə qarşılaşacaq. Qrupun oyunları Maltada təşkil olunacaq.

U-19-a cəlb olunan oyunçuların siyahısı açıqlanıb: 
 
1. Həbib Hüşənov - Qəbələ
2. Ayxan Abbaszadə - Turan Tovuz
3. Məhəmmədəli Məmmədov - Turan Tovuz
4. Rəşad Alışov - Qarabağ
5. Tuncay Əhmədov - Marcet (İspaniya)
6. Cavid Məlikov - Qarabağ
7. Seydi Danzıyev - Sabah
8. Vüsal Paşayev - Sumqayıt
9. Nadir Orucov - Sumqayıt
10. Ömər Həsənli - Zirə
11. Eltun Babazadə - Qarabağ
12. Ziya Şəkərxanov - Qəbələ
13. Şahin İbrahimov - Sabah
14. Əliəkbər Rzazadə - Qarabağ
15. Rauf Qafarov - Zirə
16. Həsən Nəzərli - Ankaragücü (Türkiyə)
17. Anar Hüseynov - Sabah
18. Hikmət Cəbrayılzadə - Qarabağ
19. Şahismayıl Cəfərov - Qarabağ
20. Nihad Orucəli - Sumqayıt
 
Millinin oyunların təqvimini nəzərinizə çatdırırıq: 

12 noyabr

Çexiya (U-19) - Azərbaycan (U-19)
“Centenary” stadionu, Ta Qali. Saat 17:30
Baş hakim: Oliver Reitala (Finlandiya)
Baş hakimin köməkçiləri: Olli Jantunen (Finlandiya), Andrea Pavia Skiavone (Malta)
Dördüncü hakim: Ezekiel Barbara (Malta)
 
15 noyabr

Şimali İrlandiya (U-19) - Azərbaycan (U-19)
“Centenary” stadionu, Ta Qali. Saat 17:30
Baş hakim: Sayat Karabayev (Qazaxıstan)
Baş hakimin köməkçiləri: Aleksey Dolqix (Qazaxıstan), Andrea Pavia Skiavone (Malta)
Dördüncü hakim: Ezekiel Barbara (Malta)
 
18 noyabr

Azərbaycan (U-19) – Malta (U-19)
“Centenary” stadionu, Ta Qali. Saat 14:00
Baş hakim: Oliver Reitala (Finlandiya)
Baş hakimin köməkçiləri: Olli Jantunen (Finlandiya), Aleksey Dolqix (Qazaxıstan)
Dördüncü hakim: Sayat Karabayev (Qazaxıstan)

Seçilən
31
9
fanat.az

10Mənbələr