AZ

Millimizin heyəti açıqlandı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 5-dən 8-dək Bakıda təlim-məşq toplanışı keçəcək, ayın 9-dan 19-dək isə Maltada Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

Msport.az xəbər verir ki, 13-cü qrupda yer alan U-19 millimiz Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə qarşılaşacaq.

Qrupun oyunları Maltada təşkil olunacaq. U-19-a çağırılan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:

 

Nr. Soyadı / Adı Klub
1 Həbib Hüşənov Qəbələ
2 Ayxan Abbaszadə Turan Tovuz
3 Məhəmmədəli Məmmədov Turan Tovuz
4 Rəşad Alışov Qarabağ
5 Tuncay Əhmədov Marcet (İspaniya)
6 Cavid Məlikov Qarabağ
7 Seydi Danzıyev Sabah
8 Vüsal Paşayev Sumqayıt
9 Nadir Orucov Sumqayıt
10 Ömər Həsənli Zirə
11 Eltun Babazadə Qarabağ
12 Ziya Şəkərxanov Qəbələ
13 Şahin İbrahimov Sabah
14 Əliəkbər Rzazadə Qarabağ
15 Rauf Qafarov Zirə
16 Həsən Nəzərli Ankaragücü (Türkiyə)
17 Anar Hüseynov Sabah
18 Hikmət Cəbrayılzadə Qarabağ
19 Şahismayıl Cəfərov Qarabağ
20 Nihad Orucəli Sumqayıt

 

12 noyabr

Çexiya (U-19) – Azərbaycan (U-19)

“Yubiley” stadionu, Ta Qali. Saat 17:30

Baş hakim: Oliver Reitala (Finlandiya)

Baş hakimin köməkçiləri: Olli Jantunen (Finlandiya), Andrea Pavia Skiavone (Malta)

Dördüncü hakim: Ezekiel Barbara (Malta)

 

15 noyabr

Şimali İrlandiya (U-19) – Azərbaycan (U-19)

“Yubiley” stadionu, Ta Qali. Saat 17:30

Baş hakim: Sayat Karabayev (Qazaxıstan)

Baş hakimin köməkçiləri: Aleksey Dolqix (Qazaxıstan), Andrea Pavia Skiavone (Malta)

Dördüncü hakim: Ezekiel Barbara (Malta)

 

18 noyabr

Azərbaycan (U-19) – Malta (U-19)

“Yubiley” stadionu, Ta Qali. Saat 14:00

Baş hakim: Oliver Reitala (Finlandiya)

Baş hakimin köməkçiləri: Olli Jantunen (Finlandiya), Aleksey Dolqix (Qazaxıstan)

Dördüncü hakim: Sayat Karabayev (Qazaxıstan)

Seçilən
10
9
msport.az

10Mənbələr