Zığ şosesində yük avtomobili aşaraq sıxlığa səbəb olub - VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu Zığ-Beton yolunun kəsişməsində evakuatorun idarəetməni itirərək magistral yolda aşması nəticəsində yola yağ və yanacağın dağılması barədə məlumat daxil olub. 1news.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində avtomobilin aşması nəticəsində ətrafa dağılmış yağ və yanacaq yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb. 09:14 Xətai rayonu, Zığ şosesi ilə İnqilab Hüseynov küçəsinin kəsişməsində yük avtomobili aşaraq yolda qalıb. 1news.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu səbəbdən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığı aradan qaldırmaq üçün qaldırıcı kranlar əraziyə cəlb edilib. Hazırda polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.