AZ

Paşinyanın müavini Azərbaycandan keçən Qatararın Ermənistana istiqamət aldığını açıqlayıb

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Rusiya taxılını Azərbaycan üzərindən Ermənistana daşıyan qatarın tezliklə Ermənistana gələcəyini açıqlayıb.

Missiya.Az xəbər verir ki, o bu barədə “Armenpress”ə müsahibəsi zamanı məlumat verib.

Onun sözlərinə görə, Rusiyadan Ermənistana taxıl aparan qatar artıq Azərbaycan ərazisindən, Gürcüstana doğru keçir.

“Rusiya taxılını daşıyan qatar tezliklə Ermənistana gələcək. Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, azərbaycanlı və rusiyalı həmkarlarımın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirirəm. Qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəminin irəliləməsi baxımından bu tədbir böyük əhəmiyyət kəsb edir”, - Qriqoryan vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
11
7
missiya.az

10Mənbələr