AZ

Kolleclərə qəbul əmək bazarının real tələblərinə uyğunlaşdırılacaq

Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin təşkilatçılığı ilə “Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirilib.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Tədbirdə Elm və Təhsil Nazirliyinin və aidiyyəti tabe qurumlarının nümayəndələri, orta ixtisas təhsili müəssisələrinin direktor və direktor müavinləri iştirak ediblər.

Tədbirdə əvvəlcə orta ixtisas təhsili müəssisələrinə ötənilki qəbul nəticələrinə dair təqdimat nümayiş olunub.

Müzakirələr zamanı orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu planının optimallaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb, növbəti tədris ili üçün tələbə qəbulu planlarının hazırlanması ilə bağlı təkliflər səsləndirilib.

Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman çıxışında bildirib ki, qarşıdakı dövrdə orta ixtisas təhsili müəssisələrində qəbul siyasəti əmək bazarının real tələblərinə uyğunlaşdırılacaq. Bu məqsədlə ixtisas təsnifatının optimallaşdırılması, kadr hazırlığında keyfiyyət meyarlarının gücləndirilməsi və təhsilalma formalarının çevikləşdirilməsi əsas prioritetlərdən olacaq.

Tədbir çərçivəsində orta ixtisas təhsili müəssisələrinin nümayəndələri də fəal iştirak edərək öz müşahidə və təkliflərini bölüşüblər.

Seçilən
23
15
apa.az

10Mənbələr