AZ

Rusiyada dəhşətli yanğın: Dördü uşaq olmaqla yeddi nəfər yanaraq öldü

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinə daxil olan Surqut şəhərində dəhşətli yanğın baş verib.

Milli.Az xəbər verir ki, ikimərtəbəli bağ evində alov nəticəsində dördü uşaq olmaqla yeddi nəfər həyatını itirib, bir nəfər isə yaralanıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanğın bütün evi bürüyüb. Güclü alov nəticəsində dam örtüyü və çardaq döşəmələri uçub. 

Rusiya Federasiyasının Regional İstintaq Komitəsi hadisə ilə bağlı araşdırma başladıb, cinayət işi açılıb.

Hazırda yanğının səbəbləri və həlak olan şəxslərin kimliyi müəyyən edilir. 

Fidan
Milli.Az

Seçilən
43
milli.az

1Mənbələr