AZ

Əfvlə bağlı MÜHÜM AÇIQLAMA

ain.az, Tribuna portalına istinadən məlumat yayır.

“Bu ilin sonunda əfvlə bağlı sərəncamın olub-olmaması barədə hər hansı rəsmi məlumat yoxdur. Nəzərə almaq lazımdır ki, Azərbaycanda əfv etmək cənab Prezidentin müstəsna konstitusion səlahiyyətidir və sərəncam cənab Prezident tərəfindən verilir. Ümumiyyətlə, əfvin nə vaxt olacağı barədə hər hansı göstəriş yoxdur. Bunu Prezident özü müəyyənləşdirir. Kimlərin adının siyahıya daxil edilməsi məsələsi də var”.

Bu sözləri Pravda.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əlimməd Nuriyev deyib.

“Mətbuatda gedən müzakirələri başa düşürəm. Həmişə mühüm tarixi hadisələr ərəfəsində ayrı-ayrı hüquq müdafiəçiləri də əfv sərəncamını gündəmə gətirirlər. Bir qayda olaraq əfv sərəncamı Azərbaycanın tarixi hadisələri, yaxud milli bayramları ərəfəsində olur. Bunu əsas götürərək düşünürlər ki, əfv sərəncamı ola bilər. Bilirsiniz ki, noyabrın 8-də tarixi qələbəmizin beşinci ildönümüdür. Eyni zamanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olunmuşdu. Əfv hüququ da konstitusion hüquqlardan biridir. Lakin Azərbaycanda əfv institutu praktikasına diqqət yetirsək, bir qayda olaraq il ərzində bir dəfə əfv sərəncamı imzalanır. Çox nadir hallarda ikinci əfv sərəncamı ola bilər.  Bu ilin may ayında əfv sərəncamı olduğu üçün yaxın aylarda yeni sərəncam olacağını düşünmürəm. Çünki hazırda Əfv Məsələləri Komissiyasının iclasları başlamayıb. Hər şeydən əvvəl, praktikaya görə, birinci Komissiyasının iclasları işə başlayır, bir neçə ay müraciətlərə baxılır, cənab Prezidentə rəylər təqdim olunur. Kimin əfv olunub-olunmaması məsələsi həllini tapır. Hazırda belə bir halın olmaması göstərir ki, yaxın vaxtlarda əfv sərəncamı real görünmür”, – o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
4
tribunainfo.az

5Mənbələr