AZ

Bakıda bir sıra yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

2. Babək prospekti, mərkəz istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

6. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

7. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

8. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

11. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

12. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

13. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

14. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Seçilən
36
49
operativmm.az

10Mənbələr