Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ” İngiltərənin “Çelsi” klubu ilə qarşılaşacaq.
Ucnoqta.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 21:45-də başlayacaq.
Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sebastian Gişamer olacaq. Ona Roland Riedel və Santino Şreiner kömək edəcəklər. Dördüncü hakim funksiyasını Uolter Altmann yerinə yetirəcək.
VAR sisteminə Manuel Şuettenqruber və Jozef Sparni cavabdeh olacaq.
Qeyd edək ki, "Çelsi" hazırda turnir cədvəlində 13-cü, "Qarabağ" isə 15-ci pillədə qərarlaşıb.
5 noyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur
21:45. "Qarabağ" (Azərbaycan) – "Çelsi" (İngiltərə)
Baş hakim: Sebastian Qishamer (Avstriya)
Tofiq Bəhramov adına Respublika Stadionu