AZ

ABŞ Suriya prezidentinə qarşı BMT sanksiyalarının ləğvini istəyir

ABŞ Suriya prezidenti Əhməd əş-Şaraaya qarşı sanksiyaların ləğvi üçün BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsi hazırlayıb.

Musavat.com xəbər verir ki, məlumatı "Reuters" qətnamənin mətninə istinadən yayıb.

Sənədə əsasən ABŞ həmçinin keçid hökumətində daxili işlər naziri Ənəs Xəttaba qarşı sanksiyaların ləğvini təklif edir. Amerika qətnamə layihəsinin səsvermə tarixi hələlik məlum deyil.

Daha əvvəl Ağ Evin mətbuat katibi Kerolin Levitt Əhməd əl-Şaraanın noyabrın 10-da Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşəcəyini açıqlamışdı.

"Axios"un məlumatına görə, səfər zamanı Suriyanın İŞİD-ə qarşı mübarizədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulması ilə bağlı sənədlər imzalayacağı gözlənilir.

Musavat.com

Seçilən
14
1
musavat.com

5Mənbələr