AZ

BMT-də Azərbaycanın ayrı-seçkiliyə qarşı mübarizədə atdığı addımlar vurğulanıb

Bakı. Trend:

Rasizm, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla bağlıdözümsüzlük insan ləyaqətinə təhqirdir və insan hüquqları ilə əsasazadlıqların ciddi şəkildə pozulması deməkdir.

Trend xəbər verir ki, bunu Azərbaycanın BMT yanında DaimiNümayəndəliyinin birinci katibi Şahriyar Hacıyev BMT BaşAssambleyasının səksəninci sessiyasının Üçüncü Komitəsininiclasında müasir rasizm formaları üzrə Xüsusi Məruzəçi iləkeçirilən interaktiv dialoq zamanı bildirib.

“Rasizm, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla bağlıdözümsüzlük insan ləyaqətinə zidd olmaqla, insan hüquqları və əsasazadlıqların ciddi pozuntusunu təşkil edir. Bu hallar həmçininbütün insan hüquqlarının tam reallaşdırılması üçün bərabərimkanların təmin olunmasına mane olur.

Təəssüf ki, qeyd olunan davam edən və yenidən baş qaldıranhallar dünyanın bir çox bölgələrində müşahidə olunur. BirləşmişMillətlər Təşkilatının Nizamnaməsində göstərilən məqsədlərə uyğunolaraq, beynəlxalq ictimaiyyət bu təhlükə ilə mübarizə aparmaq üçünbirgə və gücləndirilmiş tədbirlər görməlidir.

Azərbaycanın Konstitusiyası ayrı-seçkiliyi qəti şəkildə qadağanedir və bütün vətəndaşların bərabər hüquq və azadlıqlarını təminedir. Hökumət irqi ayrı-seçkiliyin ləğvi üzrə Komitə ilə mütəmadidialoqu zamanı bu sahədə qəbul edilən milli tədbirlər barədəətraflı məlumat təqdim edir.

Mədəni müxtəlifliyin təşviqi və qorunması, eləcə də müxtəlifmədəniyyətlər arasında qarşılıqlı anlaşma və körpülərin qurulmasıistiqamətində səylər rasizm, irqi ayrı-seçkilik, ksenofobiya vəonlarla bağlı dözümsüzlüyə qarşı mübarizədə mühüm rol oynaya bilər.Dözümlülük, qarşılıqlı anlayış və inklüzivlik mühiti təbliğat vəmədəni müxtəlifliyin fəal təşviqi vasitəsilə formalaşdırılabilər.

Qeyd etmək lazımdır ki, irqi üstünlük ideologiyasına əsaslananirqçi hərəkatlar insan həyatına ciddi təhlükə yaradır vəmünaqişədən sonrakı barışıq proseslərinə mane olur. Dövlətlər irqçiayrı-seçkiliyi təşviq edən və qızışdıran təşkilatları açıq şəkildəqınamalı və qadağan etməli, habelə belə təşkilatlarda iştirak və yaonların fəaliyyətinə qoşulmanı milli qanunvericilik çərçivəsindəcəzalandırılan cinayət kimi tanımalıdırlar.

Azərbaycan öz ərazisində yaşayan bütün şəxslərin irqi, dərisininrəngi, mənşəyi, milli və ya etnik mənsubiyyətindən asılı olmayaraq,onların hüquq və ləyaqətinin qorunmasına sadiq qalır və həm milli,həm də qlobal səviyyədə irqi ayrı-seçkiliyin bütün formalarının vətəzahürlərinin aradan qaldırılması məqsədinə doğru səylərini davametdirəcək”, – deyə Hacıyev bildirib.

Seçilən
79
1
az.trend.az

2Mənbələr