AZ

ABŞ da yük təyyarəsi qəzaya uğrayıb, 3 nəfər ölüb YENİLƏNİB

Azertag saytına istinadən ain.az xəbər verir.

Vaşinqton, 5 noyabr, AZƏRTAC

ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində yük təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

AZƏRTAC-ın məlumatına görə, qəza zamanı böyük yanğın baş verib.

Federal Aviasiya Administrasiyasının məlumatına əsasən, təyyarə Luisvildəki Məhəmməd Əli Beynəlxalq Hava Limanından Havay ştatının Honolulu şəhərinə yola düşmək üçün havaya qalxıb.

03:46

UPS şirkətinə məxsus “McDonnell Douglas MD-11” tipli yük təyyarəsi Kentukki ştatının Luisvill Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı rəsmi mənbələrə istinadla məlumat yayıb.

Luisvill Metro Polis İdarəsi qəzanı təsdiqləyib və hadisə nəticəsində xəsarət alanların olduğunu bildirib. Qəzanın başvermə səbəbləri və yaralıların vəziyyəti barədə təfərrüatlar dəqiqləşdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
101
2
azertag.az

4Mənbələr