AZ

Pentaqon rəsmisi: Vaşinqton Rusiyanı və Çini eyni vaxtda saxlayacaq gücə malik olmalıdır

BAKI, 5 noyabr. TELEQRAF

ABŞ eyni anda bir neçə nüvə dövlətini sarsıtmaq gücündə olmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə bəyanatı ölkə prezidenti Donald Tramp tərəfindən nüvə çəkindirmə və kimyəvi-bioloji müdafiə siyasəti üzrə müdafiə nazirinin köməkçisi vəzifəsinə namizəd göstərilən Robert Kadlek səsləndirib.

“Fikrimcə, strateji qüvvələrimiz eyni vaxtda bir neçə nüvə dövlətindən gələn hücumların qarşısını almağa qadir olmalıdır. Xüsusilə bu sahədə ən böyük potensiala malik iki ölkə Rusiya və Çin nəzərdə tutulur,” - deyə Kadlek ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinə təqdim etdiyi yazılı cavablarında bildirib.

O, Sakit okean regionunda ABŞ-nin nüvə silahı yerləşdirməsinə dair mövqeyini açıqlamayıb, lakin vəzifəyə təsdiqlənəcəyi halda bu məsələni Pentaqon və müttəfiqlərlə müzakirə edəcəyini vurğulayıb.

Kadlek əlavə edib ki, Çinin nüvə potensialının artım tempi ABŞ-nin gözləntilərini üstələyir. O həmçinin qeyd edib ki, Vaşinqtonun Asiyadakı müttəfiqlərinə “nüvə qalxanı” ilə dəstəyini davam etdirmək üçün əlavə tədbirlər zərurəti nəzərdən keçiriləcək.

Seçilən
93
teleqraf.com

1Mənbələr