AZ

Premyer Liqadan bu hücumçunu istədilər, buraxmadı - "Real”

“Mançester Yunayted” “Real”ın hücumçusu Endriki heyətinə qatmaq istəyib.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 19 yaşlı forvardı icarəyə götürmək niyyətində olsalar da, Madrid klubu bu təklifi rədd edib.

“Real” rəhbərliyi müqaviləyə satınalma hüququnun əlavə edilməsini qəbul etmədiyi üçün sözləşmə baş tutmayıb. Eyni səbəbdən Endrik “Aston Villa”ya da buraxılmayıb.

Braziliyalı futbolçu yanvarda “Lion”a keçəcək və Fransa klubu onu almaq şərti olmadan icarəyə götürəcək.

Endrik cari mövsümdə “Real”ın heyətində cəmi bir matçda iştirak edib.

Seçilən
79
sportinfo.az

1Mənbələr