AZ

ABŞ-ın keçmiş vitse-prezidentinin ölüm səbəbi AÇIQLANDI

ABŞ-ın sabiq vitse-prezidenti ( Corc Buşun (kiçik) hakimiyyəti dövründə) Dik Çeyni ürək-damar xəstəlikləri və sətəlcəmdən (pnevmoniyadan) sonra baş verən fəsadlaşma nəticəsində vəfat edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə mərhumun ailəsinin bəyanatında deyilir.

Qeyd olunur ki, siyasətçi həyatının böyük bir hissəsində ürək-damar xəstəliklərindən əziyyət çəkib, bir neçə dəfə infarkt keçirməsinə baxmayaraq dolğun və aktiv bir ömür sürüb.

Məlumata görə, 2012-ci ildə Çeyni ürək köçürmə əməliyyatı keçirib. O, 85 yaşında dünyasını dəyişib.(Publika.az)

Seçilən
17
3
olke.az

5Mənbələr