AZ

Doqquz ayda paytaxda orta aylıq əməkhaqqı 8,8 faiz artıb

Bakı Şəhər Statistika İdarəsi yanvar-sentyabr aylarının nəticələrini açıqlayıb

Sənayenin inkişafı haqqında

2025-ci ilin yanvar-sentyabr aylarında  sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi 38,2 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 73,6 faizi mədənçıxarma, 23,3  faizi emal, 2,4  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun  payı 81,4 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  88,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,1 faiz təşkil  etmişdir.                                                 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 oktyabr  2025-ci il vəziyyətinə 463,6 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 87,4 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.

Tikintinin əsas göstəriciləri

2025-ci ilin yanvar-sentyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,3 faizini inşa, yenidənqurma və bərpa, 6,8 faizini əsaslı təmir, 3,9 faizini cari təmir,  3,0 faizini isə sair tikinti işləri təşkil etmişdir.

Ümumi inşaat işlərinin 91,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.  

Məhsul bazarı haqqında

2025-ci ilin yanvar-sentyabr aylarında  pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 27385,7 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,4 faiz azaraq 15106,6 milyon manata, qeyri-ərzaq malları isə 11,5 faiz artaraq 12279,1 milyon manat olmuşdur. Əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,7 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 3,0 faiz artmışdır. İstehlak məhsullarının 37,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,3 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.

İctimai iaşə

2025-ci ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,0 faiz artaraq 1389,7 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 755,6 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 54,4 faizini təşkil etmişdir.

Ödənişli xidmətlər haqqında

2025-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,5 faiz artaraq 6605,4 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 5648,3 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 85,5 faizini təşkil etmişdir.

Əməkhaqqı

2025-ci ilin yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,8 faiz artaraq 1369,5 manat olmuşdur.     

Bakı Şəhər Statistika İdarəsi

Seçilən
82
ikisahil.az

1Mənbələr