AZ

Felipe Massa 2008-ci ilin çempionluğunu geri almaq istəyir

“Ferrari”nin keçmiş pilotu Felipe Massa, Formula-1-in sabiq rəhbəri Bernie Ekklstouna qarşı 64 milyon funt sterlinqlik məhkəmə iddiası ilə bağlı qərarın elan olunmasını gözləyir.

90deqiqe.Az “Motorsport”a istinadən xəbər verir ki, London Ali Məhkəməsində üçgünlük dinləmələr başa çatıb, lakin hakim qərarın daha sonra açıqlanacağını bildirib.

Braziliyalı sürücü 2008-ci il Formula-1 mövsümünün nəticələrini mübahisələndirir. Həmin il Massa çempionluğu Luis Hamiltona cəmi bir xal fərqlə uduzmuşdu. Pilot iddia edir ki, Nelson Pike-nin Sinqapur Qran-prisində qəsdən yaratdığı qəza (“Sinqapurgeyt”) çempionluğun taleyinə birbaşa təsir edib.

“Mən bu addımı ədalət naminə atıram, pul üçün yox,” — Massa 2023-cü ildə bəyan etmişdi.

Onun hüquqşünasları bildirirlər ki, Ekklstoun və FİA həmin hadisədən xəbərdar olub, amma məsələ ilə bağlı araşdırma aparmayıb. Ekklstounun nümayəndələri iddianı “2008-ci ilin nəticələrini yenidən yazmaq cəhdi” adlandırıb.

Xatırladaq ki, 2009-cu ildə FİA “Reno” komandasının sözügedən hadisədə təqsirini qəbul etsə də, 2008-ci il mövsümünün nəticələrini dəyişməyib. Massanın müraciəti bu qərarı məhkəmə qaydasında mübahisələndirən ilk hal sayılır.

Seçilən
62
90deqiqe.az

1Mənbələr