AZ

Kriştianu Ronaldu karyerasını bitirəndən sonra nə işlə məşğul olacağını açıqladı

"Əl-Nəsr"in 40 yaşlı hücumçusu və kapitanı Kriştianu Ronaldu karyerasını bitirəndən sonra nə ilə məşğul olacağını açıqlayıb.

Fanat.Az-ın məlumatına görə, "YouTube" kanalında tanınmış jurnalist Pirs Morqana müsahibə verən portuqaliyalı hücumçu sualı belə cavablandırıb:

"Karyeramı bitirəndən sonra öz uşaqlarıma, xüsusilə Kiçik Kriştianuya daha çox vaxt ayırmaq istəyirəm. O, insanların axmaq səhvlər etdiyi yaş həddinə çatıb. Mən də belə idim. Onun yanında olmaq istəyirəm".

Xatırladaq ki, 15 yaşlı Kiçik Kriştianu "Əl-Nəsr"in futbol akademiyasındadır. O, daha öncə "Mançester Yunayted" və "Yuventus"un da akademiyalarında olub.

Nihat

Seçilən
28
1
fanat.az

2Mənbələr