AZ

Biləcəridə QƏZA: Avtobus gül dükanına girdi, bir neçə avtomobil isə… – VİDEO

Binəqədi rayonu, Biləcəri qəsəbəsində ağır yol qəzası baş verib.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, hadisə 202 nömrəli avtobusla “Prius” və “Sonata” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb. Hadisə axşam saatlarında baş verən toqquşmada avtomobillərə zərər dəyib.
Toqquşmadan sonra 202 nömrəli avtobus yol kənarında yerləşən gül dükanına çırpılıb.
Nəticədə avtobusun sürücüsü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Əraziyə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Hadisə səbəbindən ərazidə ciddi tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.
Seçilən
19
13
konkret.az

10Mənbələr